Xalq artisti: "Aktyor sənət göstərəndən sonra ona qonorar vermək lazımdır"
"Vaxt var idi mən həftənin 3-4 gününü efirdə olurdum. "Səhər görüşləri", "Komediyalar aləminə səyahət" və s. bir çox verilişlərdə, yumoristik novellalarda çıxış edirdim. Bizdə məsuliyyət də var idi. Efir adamı olmaq səni daha da məsuliyyətli edirdi. Çox təəssüf ki, indi nə televiziya filmləri çəkilir, nə də tamaşaları".
BAKU.WS xəbər verir ki, bunu Modetator.az-a Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Cəfər Namiq Kamal deyib.
"Mən teatrdan 120 rubl maaş alırdımsa, Azərbaycan Televiziyasından (AzTV) 400 rubl qonorar alırdım. Bu da maaşımdan üç-dörd dəfə çox idi. İndi televiziyalarda qonorar sistemi yoxdur. Aktyor hara gedirsə, elə bil ki, onların işçisidir, gəlib bu işi görməlidir, iki saatlıq verilişi doldurmalıdır, şeir deməlidir, monoloq söyləməlidir. Evə usta çağıranda ona pul vermirsən? Aktyor da sənət göstərəndən sonra ona qonorar vermək lazımdır. Çünki aktyorun işi budur".
Oxşar xəbərlər
Cəlilabadda sensasiyalı tapıntı: Cənubi Qafqazda analoqu olmayan daş kürə aşkarlandı
Cəlilabad rayonunda Cənubi Qafqaz üçün analoqu olmayan sferik daş kürə aşkar edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, tapıntı Azərbaycan Milli Elmlər...