İTV əməkdaşları "Eurovision" təşkilatçılarının kobud səhvinin qarşısını aldılar - AÇIQLAMA - VİDEO

İTV əməkdaşları Eurovision təşkilatçılarının kobud səhvinin qarşısını aldılar - AÇIQLAMA - VİDEO
Video
Mədəniyyət 1177
İsrailin paytaxtı Tel-Əviv şəhərində keçirilən “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycan bayrağına qarşı diqqətsizlik sosial şəbəkələrdə böyük etirazla qarşılanıb. İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Fikrət Doluxanov BAKU.WS-ə açıqlamasında bildirdi ki, “Eurovision" təşkilatçılarının kobud səhvinin qarşısını alıblar: "İTV əməkdaşları yanlış göstərilən bayrağı gördükdən sonra vəziyyətə müdaxilə ediblər. Biz bayrağın tərs olduğunu gördükdən dərhal sonra Hüsniyyə və Çingizə bildirdik. Onlar bayrağımızı doğru formada üstündən asdılar və səhv bayrağın üstünü örtdülər.Biz bunun təxribat olduğunu deyə bilmərik. Bu sadəcə təşkilatçıların kobud səhvidir".Xatırladaq ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayevin uğurla çıxış etdiyi II yarımfinaldan sonra finala vəsiqə qazanan ölkənin təmsilçiləri üçün təşkil olunan mətbuat konfransında Azərbaycan nümayəndəliyinin qarşısına qoyulan tanıdım lövhəsində bayrağımız bayrağı tərsinə əks olunub.Zülfiyyə Qurbanova

Son xəbərlər