Məşhur stilist Bakıda pərəstişkarları ilə görüşəcək və moda mövzusunda mühazirə oxuyacaq
Mayın 2-də Bakıda məşhur stilist, bakılı Vladislav Lisovetsin yaradıcılıq gecəsi keçiriləcək.
"Report" xəbər verir ki, "Üslub - həmişə özün olaraq qal" adlı gecə Bakı Musiqi Akademiyasının opera studiyasında keçiriləcək.
Lisovets moda dünyasındakı müasir tendensiyalara baxışı, üslub və brendlər, həmçinin öz individuallığını və həyat eşqini qorumağın vacibliyi barədə danışacaq.
"30 ildə ilk dəfədir ki, doğma şəhərimə çıxış etmək, sizə moda, trendlər haqqında hər şeyi danışmaq, isti münasibətimi, təcrübəmi sizinlə bölüşmək, sizə maraqlı olan hər şeyi danışmaq və bəli, bütün suallarınızı cavablandırmaq üçün gəlirəm", - stilist müraciətində bildirib.
Oxşar xəbərlər
Səhnəmizin Məcnunu Mənsum İbrahimovun 66 yaşı tamam olur
Bu gün Xalq artisti, xanəndə Mənsum İbrahimovun doğum günüdür. Onun 66 yaşı tamam olur. Səhnəmizin Məcnunu, Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam ra...