Əməkdar artist Nicat Kazımov: "Oğlumla tərəf müqabili olanda özümü diskomfort hiss edirəm"
"Oğlumla tərəf müqabili olanda özümü diskomfort hiss edirəm".
Bu sözləri Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan Əməkdar artist Nicat Kazımov deyib.
Sənətkar oğlu Sənan Kazımovla bir səhnəni bölüşməyin çətinliyindən bəhs edib:
"Sənanla rejissor-aktyor kimi işləmək çox rahatdır. Amma onunla tərəf müqabili olanda özümü diskomfort hiss edirəm. Məsələn, "Qağayı" tamaşasında bir neçə dəfə eyni səhnədə çıxış etdik. Sonra truppa müdirindən bölgünü elə aparmasını xahiş etdim ki, oğlumla qarşı-qarşıya oynamayım. Çünki elə səhnələr var ki, atalıq hissi mənə mane olur".
Nicat Kazımov həmçinin bildirib ki, teatr sənətinin daha geniş təbliğ olunmasına ehtiyac var:
"Teatra marağı artırmaq üçün reklam vacibdir. Buna görə də metrolarda, televiziyalarda tamaşalarla bağlı mütəmadi anonslar getməlidir. Mən heç vaxt "Komedixana" kimi layihələrin əleyhinə olmamışam, onların da öz auditoriyası var. Həmin janrı seçən tamaşaçı onsuz da gəlib "Qağayı"ya baxmayacaq".
Oxşar xəbərlər
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla əlaqədar mədəniyyət naziri Adil Kərimli...