Azərbaycanda ilk dəfə "OPERA GÜNLƏRİ" BAŞ TUTACAQ
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı iyunun 6-dan 25-dək ölkəmizdə ilk dəfə olaraq "Opera Günləri" adlı genişmiqyaslı layihəni təqdim ediləcəkdir.
İyun ayı ərzində baş tutacaq silsilə tədbirlər çərçivəsində teatr bir-birindən maraqlı və zəngin proqramlarla çıxış edəcək. Milli klassik operalarımızın səhnə təqdimatları, Avropa opera sənətinin möhtəşəm nümunələri, tanınmış vokal ustaları ilə açıq ustad dərsləri, elmi konfrans və müasir dövr üçün aktual müzakirələr, regionlarda klassik musiqi ifaçılarının çıxışları, opera ulduzları ilə görüşlər və yeni formatda təqdimatlar, həmçinin "İlin ən fəal tamaşaçıları" xüsusi nominasiyası keçiriləcək.
Yalnız səhnə sənəti deyil, həm də mədəniyyətimizin təbliği, operaya marağın və yeni tamaşaçı auditoriyasının formalaşdırılması məqsədilə keçiriləcək "Opera Günləri" layihəsi haqqında ətraflı məlumatı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəsmi sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.
Oxşar xəbərlər
Xalq artisti Bəhram Mansurovun anadan olmasından 115 il ötür
Bu gün Azərbaycanın tanınmış tarzəni, Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115-ci ildönümüdür. Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov 1911-ci il fe...