Ütkün, Üzarə, Künhan... - 14 qəribə adın körpələrə verilməsinə icazə verildi - SİYAHI

09
iyl
2019
12:33
Bu ilin iyun ayı ərzində Azərbaycanda körpələrə qoyulan yeni adlar məlum olub.BAKU.WS report-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova bildirib ki, komissiyanın nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən ötən ay üzrə daxil olan adlar arasında 14-ü yenidir.Onun sözlərinə görə, yeni adların hamısına müsbət cavab verilib və körpələrə qoyulmasına etiraz edilməyib. Valideynlər tərəfindən körpələrə qoyulan bu adlar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan yeni adlardır: - Teynur- Üzarə- Ütkün- Tuğral- Yasir- Züheyr- Sərkut- Saygün- Minzər- Mahnur- Mahruy- Qantürk- Qəlbiyə- KünhanQeyd edək ki, iyun ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 32 müraciətə baxılıb. Həmin adlardan 18-nin qoyulmasına qadağa qoyulub.
Oxşar xəbərlər
Qəhət, Manoş, Təkiş, Taz... - Bu adların körpələrə qoyulmasının qarşısı alınıb - SİYAHI
“İyun ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliy...
