Qəhət, Manoş, Təkiş, Taz... - Bu adların körpələrə qoyulmasının qarşısı alınıb - SİYAHI

08
iyl
2019
17:18
“İyun ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 32 müraciətə baxılıb”.BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 18 adın körpələrə qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb.Eyni zamanda valideynlərin övladlarına bəzi adları qoymaq cəhdlərinin qarşısı alınıb: “Valideynlər tərəfindən Aza, Sağyaşar, Qəhət, Seçən, Manoş, Namizəd, Qənaət, Oyalı, Pərtövnihal, Şadbala, Taz, Təkiş, Təçən, Vəsi, Qızlarxanım, Kündəş, Közhan və Sənvöch adlarının körpələrə qoyulmasının qarşısı alınıb. Bu adların qoyulması ümumilikdə qadağan edilib”.
Oxşar xəbərlər
Bu il Azərbaycanda körpələrə 10 yeni ad qoyulub - SİYAHI
Bu ilin aprel ayı ərzində Azərbaycanda körpələrə qoyulan yeni adlar məlum olub.BAKU.WS xəbər verir ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sə...
