Azərbaycanda qadağan edilən adların siyahısı açıqlandı
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında Azərbaycanda uşaqlara verilən müəyyən adların Ədliyyə Nazirliyinin adlar sistemindən çıxarılması ilə bağlı müzakirələr aparılır.
BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.
S. Sadıqova Ədliyyə Nazirliyinin adlar sistemindən çıxarılması müzakirə olunan şəxs adlarının bəzilərini açıqlayıb.
Həmin adlar bunlardır:
Boran, Bədil, Bircan, Bəzək, Dəxil, Dalğın, Dilənçi, Dəfinə, Çervon, Çələng, Cılğız, Cicigül, Cərulla, Cığa, Cazibə, Carçı, Camo, Canrübə, Canəssa, Düymə, Ehsan, Əbabil, Əbi, Əbiş, Əda, Əcəb, Əhya, Ələs, Əlim, Əmanət, Ərəb, Ərçə, Əyalət, Əyal, Ətir, Fağır, Fani, Fəti, Fərmayiş, Gerçək, Gorus, Güldan, Haqq, Həddad, Həkkak, Həmzat.
BAKU.WS
Oxşar xəbərlər
Prezident “Vətəndaşların müraciətləri haqqında” qanunu təsdiqlədi
Prezident İlham Əliyev "Vətəndaşların müraciətləri haqqında” qanununun tətbiqi barədə fərman verib. BAKU.WS-in məlumatına görə, fərmanda deyilir: "Azərbaycan...