Azərbaycanda Mamed və Məmməd adları qadağan olunub

Azərbaycanda Mamed və Məmməd adları qadağan olunub
Şou-biznes 4100

Azərbaycanda Mamed və Məmməd adlarının vahid forması kimi Məhəmməd adı müəyyən olunub”. BAKU.WS-in məlumatına görə, bunu APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. O bildirib ki, bununla bağlı bu günlərdə qərar qəbul olunub. Sədr müavini qeyd edib ki, qərarla bağlı "ASAN Xidmət” mərkəzlərinə məlumat verilib: "Təsəvvür edin ki, bir ailədə həm Mamed, həm Məmməd, həm də Məhəmməd adında uşaqlar var. Əslində Mamed və Məmməd adlarının kökü elə Məhəmməddir. "ASAN xidmət” mərkəzlərindən də bizə tez-tez müraciət edirdilər ki, Mamed adının düzgün yazılış qaydasını bilmirik. Artıq bununla bağlı qərar qəbul olunub və vahid ad kimi Məhəmməd seçilib”. BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Tutma", "Yaraşıq": bunlar Azərbaycanda uşaqlara qoyulan adlardır

"Tutma", "Yaraşıq": bunlar Azərbaycanda uşaqlara qoyulan adlardır

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycanda uşaqlara qoyulan adların siyahısını təsdiq edib. BAKU.WS-in məlumatına görə, bu barədə "Repo...

1234 Şou-biznes 12:01 07 noyabr 2015

Son xəbərlər