Uşaqlara bu adların qoyulması qadağan olundu (VİDEO)

14
mar
2019
08:05
Müstəqillik illərində Azərbaycanda yeni adlar yaranıb. Lakin bu adlar Azərbaycanın şəxs adlarının izahlı lüğətində yer almayıb. Hazırda Terminologiya Komissiyası Həmin adların da daxil edildiyi yeni nəşrinin hazırlanması üçün iş aparır.Azərbaycanda şəxs adlarından ibarət lüğət təkmilləşdiriləcək. Siyahıya 800-ə yaxın yeni ad əlavə ediləcək. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, yeni nəşrin hazırlanması üzrə artıq işlərə başlanılıb.Səyalı Sadıqova deyir ki, siyahıya əlavələr zamanı yenə dəxalqın milli mentaliteti nəzərə alınacaq. Burada xalqımız üçün yad olan, gülüş doğuran adlar yer almayacaq.Qeyd edək ki, 2014-cü ildə də şəxs adlarının izahlı lüğəti təkmilləşdirilmişdi. Həmin vaxt nəşrə 7500-ə yaxın ad daxil edilmiş, Kolxoz, Sovxoz, Ansambl, Cinayətkar, Cani, Raykom, Narkoz kimi 1700-ə yaxın şəxs adı isə siyahıdan çıxarılıb.BAKU.WS
Oxşar xəbərlər
Atasının adından utananlar, oğluna Cinayətkar, Cani adı qoyanlar...
Azərbaycanda şəxs adlarının izahlı lüğətinin yeni nəşrinin hazırlanması üçün işlər aparılır. BAKU.WS trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında...
