Bu il Azərbaycanda körpələrə 10 yeni ad qoyulub - SİYAHI

30
apr
2019
17:47
Bu ilin aprel ayı ərzində Azərbaycanda körpələrə qoyulan yeni adlar məlum olub.BAKU.WS xəbər verir ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova “Report”a açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan adlar arasında 10-u yenidir:“Müraciət olunan adlar arasında yenilərinə də rast gəlinib. Aytər, Onur, Elyar, Human, Zehin, əkiz bacılar üçün qoyulan İmanə və Cəmanə, Melih, Behcat və Elana adları Komissiyaya daxil olan yeni adlardır”.Qeyd edək ki, bu ilin aprel ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 60 müraciət daxil olub.
Oxşar xəbərlər
Uşaqlara bu adların qoyulması qadağan olundu (VİDEO)
Müstəqillik illərində Azərbaycanda yeni adlar yaranıb. Lakin bu adlar Azərbaycanın şəxs adlarının izahlı lüğətində yer almayıb. Hazırda Terminologiya Komissiyas...
