Azərbaycanda ad biabırçılığı: Oğlumun adı Xiyar, qızımın adını Xiyarə olsun! (VİDEO)

Azərbaycanda ad biabırçılığı: Oğlumun adı Xiyar, qızımın adını Xiyarə olsun! (VİDEO)
Video
Video 3453

 

Vaxtaşırı valideynlərin övladlarına qoyduğu qeyri-adi adlar haqda xəbərlər veririk. Amma budəfəki xəbərimizdə bəlkə də indiyə kimi ağlımıza gətirə bilməyəcəyimiz adlardan bəhs edəcəyik. Elə bir valideyn təsəvvür edə bilirsinizmi ki, uşağına üzr istəyirik, "xiyar", "xiyarə" və ya "cındır" kimi adlar qoysun?

Təəssüflər olsun ki, belə valideynlər var. Bu haqda "Xəzər Xəbər"ə Nazirlər Kabineti yanında terminologiya komissiyasından məlumat veriblər.

Bu adları eşidəndə qulaqlarınıza inanmayacaqsınız. Azərbaycanda valideynlər uşaqlarına "xiyar", "xiyarə", "cındır" və ya "dilənçi" kimi adlar qoymaq istəyiblər.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası vətəndaşların bu xahişini rədd edib.

Terminologiya Komissiyanın sədr müavini Sayalı Sadıqova bildirir ki, hətta övladına "Əl Qaidə" terror təşkilatının qurucusu Üsamə Ben Ladenin adını qoymaq istəyən valideyn də olub. Həmin valideyn dünyanın 1 nömrəli terrorçunun fanatı olduğunu deyib. Digər bir valideyn isə övladına cani, yəni cinayətkar adını qoymaq istəsə də, onlara da rədd cavabı verilib.

Son zamanlar uşaqlara Şekspir, Hemenquey, Qaliley, Nyuton kimi məhşur elm və ədəbiyyat adamlarının adlarını qoymaq istəyən valideynlər də çoxalıb.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər