VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni dərs ili, yeni bilik, təcrübə, dərslər, fasilə və ev tapşırığı - bütün bunlar üçün enerji lazımdır. Faydalı və sağlam səhər yeməyi uşaqların sağlamlığı üçün çox vacibdir. Bu reseptlər qayğıkeş analar və ataların nəzərinə!

BAKU.WS sizinlə məktəblilər üçün səhər yeməklərinin reseptini paylaşır:

Çizkeyk

200 qram kəsmik, 1 yumurta, 50 ml qaymaq, 2 xörək qaşığı şəkər tozu, 2 xörək qaşığı manna yarması, 10 g kərə yağı, bir neçə giləmeyvə.
Yumurta sarısı və şəkər tozu çırpıcı vasitəsi ilə çalınır.Kəsmik ələkdən keçirilir.Yumurta ağı ayrı qabda çalınır. Manna yarması,qaymaq və kəsmik çırpılmış yumurta sarısına əlavə edilir.Ayrı qabda çaldığınız yumurta ağını da əlavə edib yumşaq qarışdırılır.Hazırlanmış kütləni yağlanmış formaya töküb üstündən giləmeyvələri düzüb barmağınızla dərinə batırın. Üzərinə kərə yağı dilimləyib 25-30 dəqiqə qızdırılmış sobada bişirin.

 


Pendirli tost

3dilim ağ çörək(dilimlənmiş),3 dilim pendir,kərə yağı,yarım çay qaşığı bitki yağı.
Dilimlənmiş çörəyin üzərinə kərə yağı yaxıb 1 dilim pendir qoyun.Qızdırılmış tavaya bitki yağı töküb pendirli sandviçi qızardın.


Omlet(bişmiş yumurta)

100 qram pendir,2 ədəd pomidor,6 ədəd yumurta,250 ml süd,şüyüd və cəfəri,duz
Dərin bir  tavanın(və ya soba listinin) alt qisminə kub doğranmış və ya rəndələnmiş pendir qoyun,üzərinə halqa doğranmış pomidor düzün.Bir qabda süd və yumurtanı çalıb,duz və doğranmış göyərti əlavə edin.Qarışığı pendir və pomidorun üzərinə töküb bişirin.(ya tavada,ya da öncədən qızdırlmış sobada).

Nuş olsun!

Aysel Selcan
BAKU.WS