Küncüdlü qrilyaj (RESEPT)

Küncüdlü qrilyaj (RESEPT)
Şou-biznes 7056

Həm uşaqların, həm də böyüklərin sevimli şirniyyatı olan məşhur fransız deserti qrilyaj qovrulmuş çərəz və şəkərdən hazırlanır.

BAKU.WS 20 dəqiqə vaxt tələb edən və asan başa gələn konfetin reseptini sizinlə paylaşır:

6 xörək qaşığı küncüd (qovrulmuş)

6 xörək qaşığı şəkər tozu

2 desert qaşığı kərə yağı

İlk olaraq şəkər tozunu quru tavaya töküb karamelize (rəngi tündləşənə qədər) olana qədər dayanmadan qarışdırın. Küncüd və kərə yağını əlavə edib 1-2 dəqiqə qarışdırmağa davam edin. İsti qarışığı yağlı kağız sərilmiş düz səth üzərinə töküb kənarda qalan yağlı kağızla üstünü örtüb oxlovla hamarlaşdırın. Qrilyajin daha asan qırılması üçün tez üstündən bıçaqla düzbucaq ya da romb şəkli verin (bıçağı çox dərinə batırmamaq şərti ilə). Soyuyan qrilyajı ayrı-ayrı tikələrə kəsib və ya qıra bilərsiniz.

Nuş olsun!

BAKU.WS

Aysel Selcan 

Oxşar xəbərlər

Ballı biskvit  (RESEPT)

Ballı biskvit (RESEPT)

Hazırlanması asan olan həm yüngül,həm də balın gözəl ətri biskviti inanılmaz dadlı edir. BAKU.WS sizinlə bu dadlı ballı biskvitin reseptini bölüşür: 6 yumurta...

4921 Şou-biznes 22:10 02 noyabr 2015

Son xəbərlər