Ballı biskvit (RESEPT)

Ballı biskvit  (RESEPT)
Şou-biznes 4921

Hazırlanması asan olan həm yüngül,həm də balın gözəl ətri biskviti inanılmaz dadlı edir.

BAKU.WS sizinlə bu dadlı ballı biskvitin reseptini bölüşür:

6 yumurta

160 qram şəkər tozu 

2 çay qaşığı bal

190 qram un

Yumurta, şəkər tozu və balı həcmi ikiqat artana qədər çırpın. Tədricən unu əlavə edib taxta qaşıqla aşağıdan yuxarıya hərəkətlərlə qarışdırın. Yağlı kağız sərilmiş formaya xəmiri tökün və qaşıqla səthi hamarlaşdırın. 180 dərəcəli sobada qızaranadək bişirin. Soyumuş biskviti formadan çıxarıb 2 hissəyə bölün və arasına qatılaşdırılmış süd yaxın. Daha yaxşı dad vermək üçün kərə yağı və ya xama ilə qatılaşdırılmış süd əlavə edə bilərsiniz. Biskvitin üstünə istəyə görə şokoladlı qlazur yaxıb və doğranmış qozla bəzəyə bilərsiniz.

Nuş olsun!

Aysel Selcan

BAKU.WS

 

Oxşar xəbərlər

“Bounty” (Cənnət həzzi) konfeti (RESEPT)

“Bounty” (Cənnət həzzi) konfeti (RESEPT)

Çox dadlı və asan bir konfet hazırlamaq üçün yalnız 20 dəqiqə vaxt və 3 sadə məmulat lazımdır. BAKU.WS sizinlə cənnət həzzi olan Bounty şokoladının reseptini...

6259 Şou-biznes 18:24 31 oktyabr 2015

Son xəbərlər