Ürəkli blinçik (RESEPT)
19
okt
2015
23:58
Xüsusi günlərinizdə sevdiyinizə romantik bir seher yeməyi hazırlamaq istəyirsiniz?
Buyurun BAKU.WS sizinlə ürəkli blinçik reseptini bölüşür: Tərkibi: 3 yumurta 2 su stəkanı un 2,5 su stəkanı süd 1/2 çay qaşığı duz 2 xörək qaşığı ərinmiş kərə yağı (xəmir daha ləzzətli olur,yumuşaq olur) bişirmək üçün maye yağ hazırlanması: Bir qabın içində 3 yumurtanı çalıb, unu, südü (südünüz azsa su əlavə edə bilərsiniz) və ərinmiş yağı əlavə edib yaxşıca çırpın (içərisində heç topaqlanma qalmasın). Qarışımımız axıcı hala gəlsin. Tavaya 1 çay qaşığı maye yağ qoyub istiləşməsini gözləyin. Sıxma torbasına qoyduğumuz xəmiri krujevalı ürək şəkli verib tavada ikiüzlü bişirin. Nuş olsun! Aysel Selcan BAKU.WSOxşar xəbərlər
Bəkməzli şirniyyat (RESEPT)
Şəkərsiz, şirin, yalnız bəkməzin öz dadı ilə edilən ən faydalı şirniyyatlardan biridir. BAKU.WS bu dadlı şirninin reseptini sizinlə bölüşür. Lazımlı məmulatla...