Evdə çizkeykin ən asan hazırlanma qaydası (RESEPT)

Evdə çizkeykin ən asan hazırlanma qaydası (RESEPT)
Şou-biznes 9930

Gənclərin daha çox bəyəndiyi  şirniyyat olan çizkeyk  (Cheesecake) Avropa və Amerika mətbəxinə aiddir. Evdə hazırlanması çətin olan bu şirniyyatı yaponiyalı bir xanım  3 məmulatla hazırlamağı tapıb. 

BAKU.WS bu resepti sizinlə bölüşür:

Şirniyyatın hazırlanması üçün lazım olan məmulatlar-3 yumurta, 120 q ağ şokolad və  120 q krem pendir (cream cheese). İlk olaraq yumurtaların  sarısını ağından ayırıb soyuducuya yerləşdirin. Sobanı 170 dərəcəyədək qızdırın. Şokoladı su hamamında əriyənə qədər qarışdırın. Krem pendiri əlavə edib eynicinsli qarışıq alınana qədər qarışdırın. Əvvəlcə 3 yumurtanın sarısını əlavə edin və yenidən qarışdırın. Soyuducuda saxladığımız yumurtaların ağını qarışdırıb bu kütləyə əlavə edin. Perqament kağızı (yağlanmış) döşənmiş siniyə hazırladığımız  kütləni töküb  170 dərəcədə qızdırdığımız sobada 15 dəqiqə bişiririk. (formanı qoyandan sonra  sobanın listinə bir az su əlavə edirik).

Bişdikdən sonra sobanı açmadan içində bir neçə dəqiqə saxlayırıq. Nəhayət Çizkeykimiz hazırdır. Soyuduqdan sonra üzərinə toz şəkəri səpirik.

Nuş olsun!

Aysel Selcan 

BAKU.WS

Oxşar xəbərlər

Dişlərinizin bəyazlığını qorumaq üçün qızıl qaydalar

Dişlərinizin bəyazlığını qorumaq üçün qızıl qaydalar

İddialı gülüş üçün gözəl və bəyaz dişlərə sahib olmaq lazımdır. Lakin, dişlərimizin yetəri qədər bəyaz olmaması bizdə komplekslər yaradır. Komplekslərimizi arad...

3121 Şou-biznes 09:27 10 oktyabr 2015

Son xəbərlər