Mədə xorası və həzm problemi yaşayanlar üçün çarə
Mədə yanğısı və həzm problemləri ən aktual çətinliklərimizdən biri olaraq qalmaqdadır. Bunun bir neçə səbəbi var. Əsas səbəblərindən biri düzgün və vaxtında qidalanmamaqdır.
Mədə yanğısının və həzm problemlərini tibbi üsuldan başqa fərdi şəkildə, ev şəraitində də müalicə etmək mümkündür. Ən geniş yayılmış üsullardan biri kələm suyudur. Kələmlə yanaşı kök, çuğundur kimi tərəvəzlərin mədə-bağırsaq sistemi üçün faydaları əvəzsizdir.
Mədə xorası və həzm problemlərinə kömək edəcək başqa bir reseptimiz də var. Ev şəraitində hazırlanması olduqca asan olan həmin resepti təqdim edirik.
Lazım olan ərzaqlar:
-Bir Dənə bənövşəyi kələm
-4-5 Dənə kök
-1 Kiçik ağ kələm
-1.5 Yemək qaşığı təbii dəniz və ya qaya duzu
-1 stəkanı kefir və qatıq suyu
Kök xaric bütün ərzaqları mətbəx robotundan keçirin və böyük bir qazana tökün.
Kökləri incə-incə dilimləyib əlavə edin. İçinə qatıq suyunu, duzu tökün və taxta qaşıqla yaxşıca qarışdırın. Daha sonra əlinizə əlcək geyinib suyu çıxana kimi qarışdırın.
Sonra qarışığı bir-iki litrlik şüşə qablara doldurun. Qablara doldurduğunuz qarışığı yaxşıca sıxın ki, öz suyunun altında qalsın. Qapağını möhkəmcə bağlayın. Otaq temperaturunda 5 gün saxladıqdan sonra soyuducuya qoyun. Suyunu yeməklərlə birlikdə içə bilərsiniz.
BAKU.WS
Oxşar xəbərlər
Göz rənginə görə xarakterin müəyyənləşdirilməsi mümkündür
Alimlərin son araşdırmalarına görə, göz rənginiz necə biri olduğunuz, xarakteriniz haqqında qarşınızdakı adama məlumat verir. Doktor Entoni Fallonun sözlərinə...