Yumurtasız keksin hazırlanma qaydası
Yumurtaya allergiyası olanların ya da evdə yumurtası qalmamış olanlar qətiyyən narahat olmasın. Yumurtasız keksin hazırlanma qaydası ilə sizi tanış edəcəyik.
BAKU.WS lazım olan ərzaq məhsullarını təqdim edir:
2 stəkan süd
1 stəkan duru yağ
1,5 stəkan şəkər tozu
4 stəkan un
1 paket qabartma tozu
1 paket vanil
İlk öncə süd, yağ və şəkər tozu dərin bir qabda yaxşıca qarışdırılır. Üzərinə un, vanil və qabartma tozu əlavə edib qarışdırmağa davam edirik. Krem halına gəlmiş məhlulu qarışdırıb qurtardıqdan sonra xüsusi keks qabına töküb sobaya qoyuruq. Sobada 170-180 dərəcədə 30 dəqiqə bişdikdən sonra nuş edə bilərsiniz.
BAKU.WS
Oxşar xəbərlər
Zəhərlənmənin qarşısını alan vacib şərtlər
Gigiyenik şəraitdə hazırlanmayan və uyğun temperaturda saxlanmayan bir çox qidalar zəhərlənməyə səbəb olur. Xüsusən də bu yaz aylarında havaların istiləşməsi il...