Türk nazir: "Türkiyə Naxçıvanla sərhədi bağlamayacaq"

Türk nazir: Türkiyə Naxçıvanla sərhədi bağlamayacaq
İqtisadiyyat 875

"Dilucu sərhəd məntəqəsi bizim Naxçıvan Muxtar Respublikasına açılan qapımızdır. Orada bizim qardaşlarımız yaşayırlar. Ona görə, bu qapı bizim üçün çox əhəmiyyətlidir".

BAKU.WS-in məlumatına görə, bunu Türkiyənin gömrük və ticarət naziri Cənab Aşcı söyləyib. Onun sözlərinə görə, Türkiyə Naxçıvanala sərhəddə xidmət göstərir: "Oradakı qardaşlarımızın həyatda qalmaları, ticari əlaqələrini davam etdirməsi üçün bu Dilucu əhəmiyyətli bir məntəqədir. Bu qapını bağlamadıq və xidmətimiz davam edir".

Nazir əlavə edib ki, digər sərhəd keçid məntəqələrində də vəziyyəti nəzarətə götürülməlidir. Onun sözlərinə görə, sülh şəraitində personalın həyati təhlükəsizliyi təmin edilməlidir: "Hazırda bu məsələ ilə bağlı çalışmamız davam edir. Təhlükəsizliyi təmin etdiyimiz andan etibarən xidmət göstərməyə davam edəcəyik". 

Xatırladaq ki, 2 gün öncə İğdırla Naxçıvan arasında olan Dilucu sərhəd keçid məntəqəsində xidmət edən polisləri aparan xidməti maşına PKK terrorçuları hücum edib. Hadisə səhər saatlarında HasanHan kəndi yaxınlarında baş verib. PKK terrorçuları əvvəldən yola partlayıcı qurğular döşəyiblər. Partlayıcılarla döşənmiş yolu keçərkən xidmət maşını partlayıb. Hadisə nəticəsində 13 polis şəhid olub.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Türkiyə-Azərbaycan sərhədində bomba partladıldı: 11 şəhid

Türkiyə-Azərbaycan sərhədində bomba partladıldı: 11 şəhid

Türkiyədə daha 11 polis işçisi şəhid olub. BAKU.WS məlumat verir ki, İğdırla Naxçıvan arasında olan Dilucu Sərhəd keçid məntəqəsində xidmət edən polisləri apar...

1443 Hadisə 13:05 08 sentyabr 2015

Son xəbərlər