Bəkməzli şirniyyat (RESEPT)
Şəkərsiz, şirin, yalnız bəkməzin öz dadı ilə edilən ən faydalı şirniyyatlardan biridir.
BAKU.WS bu dadlı şirninin reseptini sizinlə bölüşür.
Lazımlı məmulatlar:
1 stəkan süd
1 stəkan bəkməz
3 xörək qaşığı un
1 çay qaşığı darçın
200 qram iri doğranmış qoz-fındıq
Fındıqdan başqa bütün məmulatların hamısını bir qazana töküb yaxşıca qarışdırın və zəif alovda pudinq konsistensiyasına gələnə qədər qarışdıraraq bişirin.İri doğranmış fındıqları da əlavə edib qarışdırmağa davam edin.Orta ölçüdə bir şüşə qabı yüngülcə isladın və şirnini içərisinə töküb yayın.Soyuducuda 4 saat soyuduqdan sonra dilimləyin və süfrəyə verin.
Nuş Olsun!
Aysel Selcan
BAKU.WS
Oxşar xəbərlər
Şəkərsiz mürəbbə resepti
Bu resept körpələr, şəkər xəstəsi olan hamilələr, diabetli insanların və sağlam mürəbbə yemək istəyən hər kəs üçündür. Bu mürəbbə içərisindəki şəkər miqdarının...