Artıq çəkidən xilas edən möcüzə ədviyyatlar (SİYAHI)
Yeməklərə əlavə olunan ədviyyatların çəki atmağa kömək etdiyini yəqin ki, çoxunuz bilmirsiniz.
Bəli, yeməklərə əlavə olunan və digər ədviyyatlar artıq çəkilərdən xilas olmağınıza kömək edir. Xüsusilə göbək bölgəsində yığılmış yağları əridir. Həmin ədviyyatlar bunlardır.
LAVANDAƏgər artıq çəkiləriniz sizdə stress və yorğunluq yaradırsa, yeməkləriniz lavanda ilə bişməlidir. Lavanda stressi aradan qaldırır. Xüsusilə ət yeməklərinə möcüzə bir dad qatan lavanda qoxusu sinir sisteminə müsbət təsir edir.
TOXUM BİBƏRLƏRToxum bibərlərdən rahatlıqla istifadə edin. Toxum bibərlərin tərkibindəki piperin maddəsi bel ətrafındakı yeni yağ hüceyrələrinin meydana gəlməsinin qarşısını alır.
XARDAL TOXUMU
Xardal toxumu, maddələr mübadiləsini sürətləndirir. Bişirdiyiniz yeməklərdə xardal toxumundan istifadə etməyiniz məqsədəuyğundur. Bundan əlavə xardal toxumu göbək nahiyəsindəki yağları əridir.
ÇİLİ BİBƏRİ (TOZ HALINDA)Çili bibərinin tərkibindəki kapsaisin maddəsi maddələr mübadiləsini sürətləndirir, bədəninizdəki artıq piyləri əridir. Hər gün yarım çay qaşığı toz bibəri yeməklərinizə qatıb yeyə bilərsiniz.
CƏFƏRİTərkibindəki güclü antioksidanların anti-iltihab təsiri var və həzmə kömək edir. Bütün yeməklərə əlavə edə bilərsiniz, çünki mədədəki yanma hissini də azaldır. Eyni zamanda leptin hormonunun ifraz olunmasına kömək olur. Piylənmənin qarşısını alır.
ROZMARİN
Tərkibindəki karnosik turşusu piyləri əridir. Salatların içərisində və ya zeytun yağı ilə birlikdə yeyə bilərsiniz.
DARÇINÇəki vermək istəyənlərin hər an yanında daşıya biləcəyi bir ədviyyatdır. Darçın, hüceyrələri qlükozalarla doldurur və insülini salır. İnsulin müqaviməti kilo problemi olan insanların ən böyük problemlərindən biridir. Bunu önləmək üçün şəkər tozu qoyduğunuz hər şeyi darçınla əvəz edə bilərsiniz. Darçın da bədəndəki yağları parçalayır, piylənmənin qarşısını alır.
ZƏNCƏFİLMədə və həzm sistemi üçün möcüzəvi təsirləri var. Bağırsaqlar üçün də olduqca faydalıdır. Həzm problemi yaşayan insanlar zəncəfildən gündəlik istifadə etsələr yaxşı olar. Xüsusilə souslara və ət yeməklərinizə zəncəfil əlavə edə bilərsiniz.
SARIMSAQ
Sarımsaq bir növ antibiotik rolunu oynayır. Evlərdə dərman kimi istifadə edilən sarımsaq həzmə kömək edir, xolesterolu salır və təzyiqi nizamlayır. Eyni zamanda artıq çəkilərdən xilas olmanızda əhəmiyyətli rola malikdir. Sarımsaq bədəndəki artıq yağları parçalayır.
BAKU.WS
Oxşar xəbərlər
Möcüzə meyvənin insan orqanizminə faydaları
Tərkibində pektin, tanin, şəkər, orqanik turşu, A və C vitamini, mineral duzlar, toxumlarında isə yapışqan maddələr, yağ, tanin, rəngli maddələr, zülal, az miqd...