ABŞ-dan dünyaya yeni dəhşətli bəla - "Şeytan nəfəsi" (VİDEO)
ABŞ-da oğrular və cinayətkarlar xüsusi narkotik vasitə hazırlayıblar.
BAKU.WS-in məlumatına görə, "Şeytan nəfəsi” adı ilə məşhur olan narkotik vasitə ağ rəngli, toz şəklində olur. Həmin toz insanın üzünə, ağzına və nəfəsinə gedəndən təxminən 3-5 dəqiqə sonra effekt verməyə başlayır. Bu zaman insan vəhşiləşir və ağlını itirir. Həmin tozun təsiri altında olan insan nə etdiyini anlamır və bütün iradəsini itirir. Cinayətkarlar həmin tozdan əsasən qarət və zorlama kimi əməllərdə istifadə edirlər. Toz insan qanında 24 saatdan çox qalır. Həmin vaxt insan nə etdiyini anlamır. Həmin tozdan həddindən artıq istifadə edəndə isə ölümlə nəticələnə bilər. Ənqorxulusu isə həmin tozun asılılıq yaratmaq xassəsinə malik olmasıdır. Belə ki, ondan bir dəfə istifadə edən insanın orqanizmi maddəni yenidən tələb edir.
Belə insanlar intihara daha çox meyilli olurlar. Amerika polisi "Şeytan nəfəsi”ndən istifadə edən bir qadının videosunu yayıb.
BAKU.WS "Şeytan nəfəsi” qəbul edən qadının necə əzab çəkdiyini göstərən videonu təqdim edir.
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Polis İrandan gələn qonağı narkotik üstdə tutdu
Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı Tizfəhim Fətullah saxlanılıb. Daxili İ...