“Bounty” (Cənnət həzzi) konfeti (RESEPT)

“Bounty” (Cənnət həzzi) konfeti (RESEPT)
Şou-biznes 6259

Çox dadlı və asan bir konfet hazırlamaq üçün yalnız 20 dəqiqə vaxt və 3  sadə məmulat lazımdır.

BAKU.WS sizinlə cənnət həzzi olan Bounty şokoladının reseptini bölüşür:

Məmulatlar:

2  plitka südlü şokolad 

3 stəkan kokos

1 stəkan qatılaşdırılmış süd

Kokos ilə qatılaşdırılmış süd qarışdırılır. Kokoslu məhluldan qozdan bir az daha böyük parçalar halında götürüb ovcunuzla düzbucaqlı baton forması verin. Şəkil verdiyiniz kokos parçalarını yağlı kağız  sərilmiş siniyə düzüb 20 dəqiqə soyuducuda saxlayın. Plitka şokoladı ya mikrodalğalı sobada, yaxud da su hamamında əridin. Soyuducuda olan baton formalı kokoslu içliyi çəngəlin köməyi ilə şokolada batırın və dərhal yağlı kağız sərdiyiniz siniyə düzun. Şokoladın tamamilə bərkiməsini gözləyin.

Nuş olsun!

Aysel Selcan

BAKU.WS

Oxşar xəbərlər

Şirin kolbasa (RESEPT)

Şirin kolbasa (RESEPT)

Şirniyyatlardan imtina edə bilməyənlər üçün asan hazırlanan və ucuz başa gələn şirin kolbasa resepti. BAKU.WS sizinlə bişməyən desert olan şirin kolbasanın re...

7911 Şou-biznes 23:23 29 oktyabr 2015

Son xəbərlər