Ev şəraitində toyuq kolbasası (RESEPT)

Ev şəraitində toyuq kolbasası (RESEPT)
Şou-biznes 16592

Yalnız təbii məhsullardan istifadə edərək,hətta balaca uşaqlara rahatlıqla verə biləcəyiniz evdə kolbasa hazırlamaq olar.Ev şəraitində heç bir konservant və digər zərərli əlavələri olmadan hazırlanan kolbasa uşaqların qidalanması və ailə üçün idealdır.

BAKU.WS sizinlə ev şəraitində hazırlanan toyuq kolbasasının reseptini bölüşür: 

500 qr. toyuq döş əti

2 ədəd yumurta

yarım stəkan zeytunyağı 

2 böyük diş sarımsaq 

1 çay qaşığı kimyon

1 çay qaşığı istiot

1 çay qaşığı qırmızı toz bibər 

1 xörək qaşığı kəklikotu

1.5 çay qaşığı duz

Blenderə(ya da əl blenderi) yumurta,yağ,sarımsaq,duz və ədviyyatları əlavə edib qarışdırın.Toyuq ətlərini(dərisi soyulmuş) əlavə edib məcun konsistensiyasında olana qədər yenidən blenderlə qarışdırın. İki qat streç salafanı düz bir zəminə sərin. Orta hissəsinə hazırladığınız  içliyi töküb kolbasa forması verin və kənarlarını konfet kimi bükərək sıxın. Çox incəltməyin.Kənarda qalan qisimlərə möhkəmcə düyün atın(artıq qalan hissəsini kəsin).Bir qat alüminium folqa sərib,kolbasanı folyoya da bükün.Yəni əvvəl streç salafana,daha sonra folyoya bükülmüş olacaq. Bir qazana kolbasanı yerləşdirin. Üzərinə çıxacaq qədər qaynar su əlavə edib  qapağını bağlayın.Qaynamağa başladıqdan sonra zəif odda 30 dəqiqə bişməyə qoyun.Bişdikdən sonra  kolbasanı sudan çıxarıb  10 dəqiqə qədər gözlədib və üzərindən folyoyu çıxarın. Kolbasanı dilimləyərək,arzu etdiyiniz şəkildə istifadə edə bilərsiniz. 

Nuş olsun!

Aysel Selcan

BAKU.WS

Oxşar xəbərlər

Küncüdlü qrilyaj (RESEPT)

Küncüdlü qrilyaj (RESEPT)

Həm uşaqların, həm də böyüklərin sevimli şirniyyatı olan məşhur fransız deserti qrilyaj qovrulmuş çərəz və şəkərdən hazırlanır. BAKU.WS 20 dəqiqə vaxt tələb ed...

7056 Şou-biznes 00:09 06 noyabr 2015

Son xəbərlər