Orqanizmdə qəhvə çoxluğu ürəyi məhv edir

Orqanizmdə qəhvə çoxluğu ürəyi məhv edir
Şou-biznes 1

Ürək-damar sistemini sıradan çıxaran faktorlar çoxdur və həkimlər hər dəfə birini artırır.

BAKU.WS medicina.az-a istinadən xəbər verir ki, kardioloq Zaur Şuquşev ən birinci zərərin siqaret olduğunu bildirib.

"Siqaretdə olan tütün tüstüsü damarların divarını mikro zədələyir. Eləcə də ürəyə kofein və stress pis təsir edir. Bu adamlarda tromb əmələ gəlməsi 2 dəfə artır, nəticədə insult və infarkt riski yüksəlir.

Gərgin stress, təlaş və ağır iş rejimində olan orqanizm tükənir və artıq stresə davamlı olmur. Bunun üçün yuxu və istirahət rejimini qaydaya salmalı, piyada gəzməli və yüngül idmanla məşğul olmaq lazımdır.

Alkoqol, siqaret və stresi minimuma endirməlisiz. Yaxşı, keyfiyyətli bir qəhvə müəyyən miqdarda ürəyin işinə yaxşı təsir edir, amma bu da gündə 2 fincandan artıq olmamalıdır.

Açıq havada sürətli templə gəzinti ürəyi və beyini oksigenlə doydurur. Qanda qlükoza və xolesterinin miqdarını nəzarətdə saxlamaq lazımdır".

Oxşar xəbərlər

Qəhvənin orqanzimə ZƏRƏRLƏRİ AÇIQLANDI

Qəhvənin orqanzimə ZƏRƏRLƏRİ AÇIQLANDI

Nədən bu içki dünyada bu qədər rəğbət qazanıb və eyni zamanda bir çox xəstəliklərdə həkimlər tərəfindən qadağan edilir? Elm bu barədə nə deyir? BAKU.WS "Medicin...

369 Şou-biznes 23:57 06 mart 2023

Son xəbərlər