
Azərbaycanda Ramazan bayramı bu gün və sabah qeyd olunacaq.
BAKU.WS Qafqaz Müsəlmanları İdarəsinə istinadla xəbər verir ki, bayram namazı iyunun 6-da saat 8:00-da Əjdərbəy məscidində, saat 9:00-da isə Təzəpir məscidində qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bayram namazına Təzəpir məscidində qatılacaq.
Bayramınız mübarək olsun. Allah Taala orucunuzu qəbul etsin.
BAKU.WS