Məhərrəm ayı oktyabrın 15-də başlayır
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.
BAKU.WS-in məlumatına görə, fətva bu gün QMİ-də sədr Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə keçən tədbirdə verilib. Fətvada deyilir: "Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni Hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə təsadüf edir.
Çıxış edən Şeyxülislam Allahşükür Paşazadə İslamda müqəddəs aylardan sayılan Mərərrəm ayının özəlliklərindən, Kərbəla hadisəsi və Aşura gününün mahiyyətindən danışıb, Məhərrəm ayının dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməsinin vacibliyini vurğulayıb, bu barədə axund və imamlara müvafiq tapşırıq və tövsiyələrini verib. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Qafqaz Müsəlmanları İdarəsindən ərəb səfirinə cavab – pullar onların büdcəsinə gedir!
"Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Suleymin Həcc ziyarətinin pulsuz olması ilə bağlı səsləndirdiyi fikirlərdə ziddiyyə...