Millət vəkili öz əvəzinə həcc ziyarəti etmək üçün adam tutdu

Millət vəkili öz əvəzinə həcc ziyarəti etmək üçün adam tutdu
Şou-biznes 1455

Milli Məclisin deputatı Qalib Salahzadə həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıtması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, deputat "Report"a açıqlamasında hazırda Bakıda olduğunu deyib. O, həcc ziyarətinin əməllərinin bir qismini yerinə yetirdiyini etiraf edib: "Digər əməllərim üçün naib tutmuşam, qalan əməllərimi o yerinə yetirəcək. Şəriətdə buna icazə var. Qaydalara görə, naib seçilən adam mütləq hacı olmalıdır".

Deputat ərəb naibə onun əvəzindən həcc ziyarətinin əməllərini yerinə yetirmək üçün pul ödədiyini də deyib. Lakin nə qədər vəsait ödədiyini açıqlamayıb: "Pulun həcmi mənimlə onun arasında olan söhbətdir, bunu açıqlamaq düzgün olmazdı".

Qalib Salahzadə həcc ziyarətlərinin sayının 27-yə çatdığını bildirib.

Qeyd edək ki, Q.Salahzadə 27 saylı Sabunçu ikinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının deputatıdır. YAP-ın noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilər üzrə deputatlığa namizədlərinin siyahısında onun adı yoxdur. Bəzi saytlar Q.Salahzadənin həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıtmasını adının namizədlər siyahısında olmaması ilə əlaqələndirib.

Q.salahzadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qudasıdır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda ilk namizəd qeydə alındı

Azərbaycanda ilk namizəd qeydə alındı

Azərbaycanda ilk deputatlığa namizəd qeydə alınıb. BAKU.WS-in "Qafqazinfo”-ya istinadla verdiyi məlumata görə, bu, Milli Məclisin 20 saylı Nərimanov ikinci se...

1562 Siyasət 17:56 17 sentyabr 2015

Son xəbərlər