Bayram namazının vaxtı bəlli oldu

Bayram namazının vaxtı bəlli oldu
Şou-biznes 6501

 

Ramazan bayramı namazı iyulun 6-da qılınacaq. Bu barədə ANS PRESS-ə Məşhədi-Dadaş məscidin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. O, bayram namazının səhər saat 08:00 və 09:00-da qılınacağını deyib.  

Axundun sözlərinə görə, namaz bütün məscidlərdə qılınacaq. "Təzəpir məscidində, Əjdərbəy məscidində, Məşhədi-Dadaş məscidində və s. məscidlərdə insanlar gəlib rahat şəkildə bayram namazlarını qıla bilərlər".

Mayın 26-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Ramazan ayı ilə bağlı fətva verib. Ramazan ayının 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib. 

Fətvada Eydül-Fitr - Ramazan bayramının Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyi qeyd edilir.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

BAKU.WS

Oxşar xəbərlər

Gələn həftənin qeyri-iş günləri

Gələn həftənin qeyri-iş günləri

Müsəlmanların müqəddəs ayının - Ramazanın sonuna sayılı günlər qalıb. Bir neçə gündən sonra Ramazan ayı başa çatır və gələn həftə iki gün qeyri iş günü olacaq....

3191 Şou-biznes 10:17 02 iyul 2016

Son xəbərlər