Bakıda Ramazan ayının ilk günündə süfrələr quruldu (VİDEO)

Bakıda Ramazan ayının ilk günündə süfrələr quruldu (VİDEO)
Video
Şou-biznes 2799

 

Oruc o əməldir ki, insan Allah-təalanın əmrini yerinə yetirmək üçün sübh azanından şam azanına qədər orucu batil edən işlərdən çəkinsin. Ramazanla bağlı hədislərdə deyilir ki, imsak oruc tutan müsəlmanlara bərəkət və şəfa kimi nemətlər bəxş edir.

ANS TV-nin məlumatına görə, bu il Ramazan ayı yay fəsilinə təsədüf etdiyindən oruc tutan insanlar təxminən 17 saat aclığa və susuzluğa davam gətirməli olur.

Ramazan həm də insanın nəfsinə qalib gəldiyi aydır. Paytaxt ərazisində apardığımız müşahidələr göstərdi ki,  Ramazan ayının ilk günündən bir çox insanlar orucunu evlərində tutur. Gecə saat 3 radələrinə təsadüf edən imsak vaxtı isə şəhərdə az da olsa imsak süfrəsi təşkil edilən yerlərə rast gəlmək mümkündür.

Oruc tutan şəxslərin növbəti dini ibadəti isə namaz sayılır. İmsak sübh namazına qədər tutulmalı və sonra namaz qılınmalıdır. İbadət zamanı ən vacib əməllərdən biri də dua etməkdir. Dua, ilahi rızanın açarı, cənnət yurdunun qapısıdır.

Allah tutulan orucunuzu və dilənən dualarınızı qəbul etsin.

BAKU.WS

Oxşar xəbərlər

Səba Ramazan günlərində yeni qiymətlərə keçdi (SİYAHI)

Səba Ramazan günlərində yeni qiymətlərə keçdi (SİYAHI)

Səba bütün Ramazan ayı boyunca ən çox tələb olunan məhsullarına xüsusi qiymətlər tətbiq etməyə başlayıb. İyunun 6-dan etibarən bütün Səba dükanlarında və Səba...

1703 Şou-biznes 09:27 06 iyun 2016

Son xəbərlər