Gələn həftənin qeyri-iş günləri

Gələn həftənin qeyri-iş günləri
Şou-biznes 3426

Müsəlmanların müqəddəs ayının - Ramazanın sonuna sayılı günlər qalıb. Bir neçə gündən sonra Ramazan ayı başa çatır və gələn həftə iki gün qeyri iş günü olacaq.

ANS PRESS-in məlumatına görə, iyulda Ramazan bayramı ilə əlaqədar 2 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli qərarında əsasən iyulun 6 və 7-si Ramazan bayramı qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Bununla da gələn həftə 5 günlük qrafiklə çalışanlar 4 gün - 6,7 (bayram günləri), 9,10 iyun (həfttəsonu) istirahət edəcəklər.  

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının fətvasına görə, bu il ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib. 

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ramazan bayramında iki gün iş olmayacaq

Ramazan bayramında iki gün iş olmayacaq

İyul ayında qeyd olunacaq Ramazan bayramında 2 gün qeyri-iş günü olacaq. BAKU.WS APA-ya istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il ta...

1297 Sosial 15:51 24 iyun 2016

Son xəbərlər