SİZİN REKLAM BURADA!
055 213 76 73


ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayıblar. 

BAKU.WS-in məlumatına görə, ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda münaqişə tərəfləri əlavə humanitar tədbirlər görməyə çağırılır.

Bəyanatda deyilir: "Biz, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri (Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa və xarici işlər nazirinin yanında dövlət katibi Jan-Batist Lemuan və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker) əvvəlki kimi qətiyyətlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçi kimi çıxış edirik".

BAKU.WS