Azərbaycan ordusunun ermənilərə qarşı işlətdiyi unikal taktikanın DETALLARI - VİDEO

44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan pilotsuz "An-2" təyyarələrindən Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqelərini aşkarlamaq üçün aktiv şəkildə istifadə edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan ordusunun yüksəkrütbəli hərbi qulluqçuları İTV-yə danışıblar.
Döyüş əməliyyatlarının gedişində Ermənistan Müdafiə Nazirliyi elə başa düşüb ki, hər gün Azərbaycan ordusunun qırıcı-bombardmançılarını vuraraq sıradan çıxarır. Lakin daha sonra üzə çıxıb ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın pilotsuz "An-2" təyyarələrini vurur və nəticədə öz mövqelərini üzə çıxarmış olub.
Məhz bu unikal fənd sayəsində Azərbaycan Ordusu düşmənin hava hücumundan müdafiə sistemini məhv etməyi bacarıb.
Oxşar xəbərlər
Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin qaçırılan dərsləri
2020-ci il Dağlıq Qarabağ müharibəsi kifayət qədər diqqət mərkəzində olmuşdur. Altı həftəlik müharibə haqqında edilən şərh və təhlillər döyüş əməliyyatlarının g...
