Zümrüd Yağmur: "Sizin vicdanınız varmı ki, ona xitab edim?"
20
sen
2019
09:24
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazar Zümrüd Yağmur qızı Selcan Yağmur və özünə işgəncə verilməsi ilə bağlı açıqlamanı təsdiqləyib.BAKU.WS xəbər verir ki, Z. Yağmur bu barədə "Facebook" sosial şəbəkəsindəki statusunda yazıb: "Bu gün mən kifayət qədər səbirli davrandım. Amma Selcanı mental xəstə çıxarmağa cəhd edənlər, qarşınızda mən varam. Selcan nə xəstədir, nə də yalancı...18 yaşlı bir gənci linç edənlər, sizin vicdanınız varmı ki, ona xitab edim?"Sentyabrın 19-da AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur "Facebook" sosial şəbəkəsində status yazaraq, atası Fuad Qəhrəmanlının dəfələrlə ona və anası Zümrüd Yağmura işgəncə verdiyini, hətta onların barmaqlarını və diz qapağını qırdığını, artıq atasının zorakılığına dözməyin mümkün olmadığını qeyd edib.S.Yağmur bildirib ki, bu vəziyyətdən AXCP sədri Əli Kərimli də xəbərdar olub. Lakin o, qızlara və Zümrüd Yağmura "dözməyi və susub oturmağı" məsləhət bilib. Selcan Yağmur bütün bunlara görə atasından imtina etdiyini bildirib. F.Qəhrəmanlı əvvəlcə qızının "Facebook" profilinin oğurlandığını yazsa da, daha sonra qızının bu açıqlamanı "ağır emosional gərginlik" altında yazdığını qeyd edib.
Oxşar xəbərlər
“Günün Yekunu” - 19 sentyabr 2019
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, Qazaxıstanın payt...