Əli Kərimli sərbəst buraxıldı (YENİLƏNİB)
28
iyn
2019
14:57
Bir neçə saat öncə saxlanılan AXCP sədri Əli Kərimli sərbəst buraxılıb. BAKU.WS xəbər verir ki, Əli Kərimli bu barədə sosial şəbəkədə açıqlama verib. ***13:47Bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli həbs olunub.BAKU.WS Trend-ə istinadla xəbər verir ki, onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.Qeyd edək ki, Əli Kərimli ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə "xeyriyyə marafonu" adı altında müxtəlif çağırışlar irəli sürmüş və kampaniya təşkil etməyə çalışmışdı.
Oxşar xəbərlər
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO/FOTO
Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin daha da yüksək səviyyədə tə...