14 yaşlı qızı döyən anormal azadlığa buraxıldı - VİDEO

14 yaşlı qızı döyən anormal azadlığa buraxıldı - VİDEO
Video
Hadisə 1099
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.Y.-ya hücum edən Tural Qarayevin cəza müddəti bitib.BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, S.Y-nın vəkili Zibeydə Sadıqova Tural Qarayevin barəsində cinayət işi başlanmasını, ona törətdiyi əmələ görə 15 sutka cəza verilməsinin adekvat olmadığını açıqlayıb.Bundan əvvəl vəkil Zibeydə Sadıqova Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdi. Hakimə 2 videogörüntü təqdim edərək, onların iş materiallarına əlavə olunması barədə vəsatət qaldırmışdı. Bunlardan biri insident zamanı çəkilib, digəri isə həmin gün axşam məsələ ictimailəşəndən sonra Tural Qarayevin sosial şəbəkələrdə canlı yayımda deyilənlərə münasibətini əks etdirən videodur.Tural Qarayev həmin çıxışında iddia edir ki, nəinki bu qız, onun valideynləri də bu ölkənin əleyhinə olan adamlardır. Vəkil məhkəmədəki çıxışında Tural Qarayevə verilən cəzanın onun törətdiyi əmələ adekvat olmadığını hakimin diqqətinə çatdırmışdı. Müdafiəçi bildirib ki, əslində, onun barəsində cinayət işi başlanmalıdır. Məhkəmədən də xahiş etmişdi ki, Tural Qarayev haqqında cinayət işi başlanması üçün xüsusi qərar çıxarıb, prokurorluğa göndərilsin. Amma hakim qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını, Yasamal Rayon Məhkəməsinin qərarının qüvvədə saxlandığını elan etmişdi.İnsident aprelin 17-də Bakı Dövlət Universitetinin yaxınlığında baş verib. Hadisədən sonra Zümrüd Yağmur qızına hücumla əlaqədar Daxili İşlər Nazirliyinə şikayət edib. Yasamal rayonu, 28-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Tural Qarayev haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə inzibati xəta protokolu tərtib olunub. Aprelin 19-da Yasamal Rayon Məhkəməsinin qərarıyla ona 15 gün inzibati həbs cəzası verilmişdi.

Son xəbərlər