“Doqquz yaşlı qıza aşiq olan” müəllimdən direktora cavab - VİDEO
29
noy
2018
16:25
Əgər Rövşən belə şey edibsə, bəs sən onda niyə doqquz yaşlı qızını mənim yanıma göndərirdin? BAKU.WS xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında 220 nömrəli məktəbin işdən çıxarılan müəllimi Rövşən Əzizov deyib. O direktor Tural Mirzəliyevin onun haqqında səsləndirdiyi “doqquz yaşlı qıza aşiq olub” iddiasına münasibət bildirib: “Bunlar hamısı şərdir, böhtandır. Belə şey olmayıb. Mən yenə də deyirəm ki, əgər belə şey varsa, sən niyə qızını o müəllimin yanına göndərirdin? Onun qızı mənim çəkdiyim videolarda var, “YouTube”da da, saytlarda da bu haqda məlumat yayımlanıb. Hansı kişi doqquz yaşlı qızını “pedofil” dediyi adamın yanına gətirər?” Rövşən Əzizov Tural Mirzəliyevi yalan danışmaqda ittiham edib: “Nəyə görə bu adam bu günə qədər danışmırdı? Əgər əlində fakt var idisə, onda niyə susurdun? Mənim dünənki videomüraciətimdən sonra danışmaq qərarına gəlib, ancaq danışdıqları yalandır, şərdir. Üzünə zərbə dəyən adam necə oldu ki, belə tez ayağa qalxdı, sağaldı? Bu suallara cavab tapmaq lazımdır”. Qeyd edə ki, bir müddət öncə qalmaqallı şəkildə Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 nömrəli orta məktəbdən uzaqlaşdırılan müəllim Rövşən Əzizovla bağlı qəribə fakt açıqlanıb. Musavat.com-un canlı yayımında məktəbin sabiq direktoru Tural Mirzəliyev (hazırda 175 nömrəli məktəbin direktorudur) sözügedən müəllimin doqquz yaşlı şagirdə vurulduğu üçün məktəbdən uzaqlaşdırıldığını söyləyib. BAKU.WS
Oxşar xəbərlər
Bakıda ana 8 yaşlı qızını oğlanlarla oynadığı üçün cəzalandırdı
Bakıda ana 8 yaşlı qızını oğlanlarla oynadığı üçün döyüb.BAKU.WS xəbər verir ki, bu barədə "Təmiz Dünya" qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeyn...