Bakıda ana 8 yaşlı qızını oğlanlarla oynadığı üçün cəzalandırdı
22
sen
2018
12:36
Bakıda ana 8 yaşlı qızını oğlanlarla oynadığı üçün döyüb.BAKU.WS xəbər verir ki, bu barədə "Təmiz Dünya" qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalova məlumat verib.Onun sözlərinə görə, qadın iki azyaşlı qızı ilə sığınacaqda məskunlaşıb. O, qızını sığınacağın digər sakinləri - 4-5-6 yaşlı oğlan uşaqları ilə oynadığına görə möhkən döyərək cəzalandırıb. Zeynalova deyir ki, qadına xəbərdarlıq edilib ki, bu hal bir də təkrarlanarsa, polisə müraciət ediləcək: "Hər gün, hər saniyə qadın-kişi bərabərliyi arasında yaranmış çatların dərinləşdiyini hiss edirəm. Qorxuludur... Yaxşı ki, qanunlar var. Sığınacaqda bir qadın bu günlərdə qızını möhkəm döydü. Əgər bu, bir də təkrarlanarsa, ondan şikayət verəcəyimizi dedik. Uşaq olduqca ağıllı və dərrakələdir. Təhsildə çox bacarıqlıdr. Ana isə bütün günü bu qızı kiçik bacısına dəyə kimi baxmağa məcbur edir".Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda tələbə qızdan AĞLASIĞMAZ İDDİA: Bədənimə çip yerləşdirib, məni izləyirlər
Azərbaycanda universitet tələbəsi bədəninə çip yerləşdirildiyini və izlənildiyini iddia edir.BAKU.WS xəbər verir ki, həyatının təhlükədə olduğunu düşünən Nərgiz...