Azərbaycanda tələbə qızdan AĞLASIĞMAZ İDDİA: Bədənimə çip yerləşdirib, məni izləyirlər
19
sen
2018
12:49
Azərbaycanda universitet tələbəsi bədəninə çip yerləşdirildiyini və izlənildiyini iddia edir.BAKU.WS xəbər verir ki, həyatının təhlükədə olduğunu düşünən Nərgiz Camalova (ad və soyad şərtidir) "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə müraciət edərək sığınacaq istəyib.Gənc qız üç şəxs tərəfindən izlənildiyini iddia edir. Sığınacaqda təhlükəsiz olacağını düşünən tələbə qız, yalnız sığınacağa yerləşdikdən sonra polisə müraciət etməyi planlaşdırıb.20 yaşlı Nərgiz Bak; Slavyan universitetinin tələbəsidir. Atası, anası və qardaşı ilə bərabər Sumqayıtda yaşayır. İB-in sədri Mehriban Zeynalova N.Camalovanın "Təmiz Dünya"nın sığınacağına müraciətini əsassız saydığını düşünür: "Deyir ki, ailəm qorxusundan heç bir kömək etmir. Deyir ki, bir oğlan vaxtilə bədənimə çip yerləşdirib, indi hər yerdə məni izləyirlər. Sorusuram, oğlan o aparatı yerləşdirmək üçün sənə toxunub? Soyundurub və ya yuxuya verib? Deyir, yox, heç kim mənə toxunmayıb. Sadəcə bilirəm ki, məni idarə edirlər. Polisə müraciət edib-etmədiyini soruşdum, etməyib. Sığınacağa yerləşdikdən sonra bizim polisə müraciət etməyimizi istəyir. Deyirəm, bəs dərsə gedəndə təhlükəsizliyinizi kim təmin edəcək? Deyir ki, siz polisə deyin ki, o təhlükənin qarsısnı alsın".Mehriban xanım Nərgizin psixoloji probleminin olduğunu düşünür: "Həyatımda 4-cü haldır ki, bədəninə nə isə yerləşdirildiyini və idarə edildiyini iddia edən qadına rast gəlirəm. Qıza basa saldım ki, psixiatra müraciət etsin, amma edəcəkmi? Ola bilər hansısa stresin nəticəsidir".Gənc qız ailəsi ilə birlikdə Sumqayıtda yaşadığından onun problemi ilə həmin ərazidə fəaliyyət göstərən Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım Ictimai Birliyinin sədri Zenfira Mustafayeva məşğul olacaq. Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Bakıda DƏHŞƏT! Ər arvadını uşağının gözü qarşısında dəmir "ventilyatorla" döydü - FOTO
Bakıda ailə münaqişəsi zəminində ər arvadını "ventilyatorla" (sərinkeşlə) döyüb.BAKU.WS xəbər verir ki, bu barədə Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyini...