Bakıda 18 yaşlı kimsəsiz qızın tələbəlik arzusunu reallaşdırdılar - VİDEO
27
avq
2018
17:43
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağının 18 yaşlı sakini Usova Darida Andreyevna arzusunda olduğu tələbəlik həyatını yaşayacaq. Birliyin rəhbəri Mehriban Zeynalova BAKU.WS-ə açıqlamasında bildirib ki, o, test imtahanlarında uğur qazanaraq ödənişli əsaslarla qəbul olduğu Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almaq üçün lazım olan məbləği ödəyib: "Daridanın 2 illik təhsil haqqı artıq ödənildi. Üstəlik, səhər saatlarında Milli Məclisdən zəng gəldi və qalan 2 ilin ödənişinə də dəstək göstərəcəklərini bildirdilər. Əsl xoş xəbər budur! Bu xoş xəbəri hər birinizlə paylaşmaq istədik, sağ olun ki, ona belə qayğı göstərdiniz"! “Təmiz dünya”nın 18 yaşlı sakini Usova Darida Andreyevna Qeyd edək ki, Daridanın universitetə ödənişli əsaslarla qəbul olması onun təhsil almasına problem yaratmışdı. “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyin sədri Mehriban Zeynalova sosial şəbəkə vasitəsilə Təhsil Nazirliyinə və dövlət nümayəndələrinə müraciət edirək kimsəsiz qızın illik təhsil haqqının ödənilməsinə yardım istəmişdi. Biz də BAKU.WS olaraq biz bu problemi işıqlandırmışdıq. Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Tələbə adını qazanan qadın sığınacağının sakini – "Əminəm ki, bu səsimə səs verən olacaq” – FOTO
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında qalan qız dövlət imtahanından uğur qazanaraq tələbə olub.Bu barədə birliyin rəhbəri Mehriban Zey...