Tələbə adını qazanan qadın sığınacağının sakini – "Əminəm ki, bu səsimə səs verən olacaq” – FOTO
17
avq
2018
10:27
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında qalan qız dövlət imtahanından uğur qazanaraq tələbə olub.Bu barədə birliyin rəhbəri Mehriban Zeynalova BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, 18 yaşlı Usova Darida Andreyevna Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub.
“İmtahanlardan uğurlu nəticə qazanıb, lakin ödənişli əsaslarla qəbul olub. Onun illiki təhsil haqqı 1800 manatdır. Hazırda qız mənim qəyyumluğumdadır. İndi çalışacağıq ki, onun təhsil haqqı problemini həll edək. Bunun üçün Təhsil Nazirliyinə müraciət edəcəyik”, - deyə M.Zeynalova bildirib.Qeyd edək ki, Təhsil Nazirliyi Daridaya hazırlıq dərslərində də yardım göstərib: “Universitetə hazırlaşırdı. Təhsil Nazirliyinə müraciət etmişdik. Nazirlik qızın dərslərə hazırlığına köməklik edib”.Darida Andreyevna BAKU.WS-ə açıqlamasında tələbə adını qazanmağa şad olduğunu bildirib:
“Çox şadam ki, arzuma çatıb, tələbə adını qazana bildim. Bu istiqamətdə mənə köməklik edən hər kəsə ürəkdən təşəkkür edirəm. Təhsil Nazirliyinə və dövlət nümayəndələrinə müraciət edirəm ki, illik təhsil haqqımın ödənilməsində yardım etsinlər. Əminəm ki, bu səsimə səs verən olacaq”.BAKU.WS
Oxşar xəbərlər
Bu universitetlərdə təhsil haqqı qaldırıldı - SİYAHI
IV ixtisas qrupu üzrə plan yerləri kəskin şəkildə azalıb və təhsil haqları qaldırılıb.BAKU.WS xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bildirib ki, Tibb Un...