İki uşağı ilə intihar edəcəyini deyən 30 yaşlı Günaydan xəbər var - FOTO
12
iyn
2018
17:01
Əri ilə barışmaq məcburiyyətində qalarsa uşaqları ilə intihar edəcəyini deyən 30 yaşlı Günaydan xəbər var.BAKU.WS-in məlumatına görə, ərinin işgəncələrindən qaçıb iki azyaşlı uşağı ilə birgə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşən qadın ailəyə qayıdıb. Bir aydır sığınacaqda qalan ana və uşaqlar artıq oranı tərk ediblər.İB-in sədri Mehriban Zeynalova Günayın əri ilə barışdığını bildirdi:"Sığınacağa pənah gətirmiş qadınların ailəyə qayıdışı arzuolunandır, amma bu məsələdə çox ciddi və peşəkar qiymətləndirilmə olmalıdır. Bəzi hallarda biz sevinirik ki, kiminsə ailəyə qayıdışını təmin etdik. Amma mahiyyətcə biz onu yeni təhlükəyə ata bilərik. Bu məsələlərdə kifayət qədər qiymətləndirmə bacarığı olmalıdır. Bu qiymətləndirmədə iştirak edən psixoloq, sosial işçi təhlükənin dərəcədə real olduğunu görməlidir. Günayın əri dəfələrlə gəlib barışmaq istədiyini və bir daha onu incitməyəcəyini bildirdi. Günay barışığa razılaşdı və buradan bərabər çıxdılar".Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ana beş uşağını atdı: ən kiçiyi 6 aylıqdır - FOTO
Azərbaycanda altı uşaqlı ailə kasıbçılıq üzündən uşaqlarını "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına atıb.BAKU.WS xəbər veri ki, İctimai B...