Sosial şəbəkədə şantaj olunanların nəzərinə! - Bu nömrəyə zəng edin

Sosial şəbəkədə şantaj olunanların nəzərinə! - Bu nömrəyə zəng edin
Sosial 2309

 

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Victory Organization 25 aprel 2016-ci ildən 25 avqust 2016-ci il tarixədək ölkədə insan alveri ilə mübarizə üzrə virtual hərəkata start verib.

BAKU.WS məlumat verir ki, "Labirintdən çıxış” adlı hərəkatın məqsədi sosial şəbəkələr yolu ilə qadınların iş, evlilik adı ilə aldadılaraq başqa ölkələrə daşınması və insan alverindən zərərçəkməsinin qarşısını almaqdır.

Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Labirintdən çıxış” layihəsi çərçivəsində gənclərə müraciət ünvanlayıb.

Həmin müraciəti olduğu kimi təqdim edirik: 

"Hörmətli dostlar, əziz gənclər! Gündəlik həyatımızda müxtəlif mənfi hadisələr barəsində eşidirik,hətta  şahidi də oluruq. Bu hadisələrin bir çoxu da sosial şəbəkələrə bağlı olur. Sosial şəbəkədə aldadılmış qızlar sonradan onları aldadan şəxslər tərəfindən şantaj edilərək müxtəlif  təziqlərlə üzləşirlər. Bununla bağlı bizim təşkilatımıza da bir neçə müraciətlər olub. Həmin qızlar bəzən yaxınlarının və qohumlarının hadisədən xəbər tutacağından ehtiyat ediblər və susublar. Bildiyimizə görə bununla bağlı hətta intihara cəhd göstərən də olub. Eləcə də sosial şəbəkələrdə xarici ölkədə işə düzəlmək istəyənlər arasında da aldananlar olur. 

Əgər yaxınlarınız və ya dostlarınız arasında kiminsə başına belə hadisə gəlibsə, belə fakt qarşınıza çıxıbsa, bizimlə əlaqə saxlayın, (012) 511-11- 51 nömrəsinə  zəng vurun.

Hörmətlə, Mehriban Zeynalova, "Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sədri”.

BAKU.WS

Son xəbərlər