Hadı Rəcəbli: "Əhaliyə pul yerinə qoyun vermək lazımdır"

Hadı Rəcəbli: Əhaliyə pul yerinə qoyun vermək lazımdır
Sosial 2741

 

Azərbaycanda hər ay yüzlərlə ailə ünvanlı sosial yardım alır. Bu yardım isə nəğd ödəniş formasında həyata keçirilir. Yəni müəyyən edilmiş vəsait ünvanlı sosial yardım alan şəxsin kartına köçürülür. Millət vəkili Hadı Rəcəbliyə görə bu sistem kənd yerində yaşayan sakinlər üçün o qədər də əlverişli deyil. Millət vəkilinin fikrincə, nəğd ödəniş əvəzinə kəndlərdə yaşayan ailələrə qoyun verilməlidir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, məqsəd ələbaxımlılığın qarşısını almaqdır: "Müavinət sistemi qədər eybəcər ələbaxımlılıq yaradan sistem yoxdur. Dünyada daha çox iş yerlərinin yaradılmasına, insanların əməyə cəlb olunmasına diqqət yetirilir, biz də bu yolu seçmişik”, - deyə Hadı Rəcəbli bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan ünvanlı yardımların verilməsində Pakistan və Banqladeş təcrübəsindən yararlanmalıdır.

"Bizdə kənd yerlərində bir ailə orta hesabla 130 manat ünvanlı yardım alır. Bu, 2 aylıq bir qoyunun puludur. Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində, biri erkək olmaq şərtilə 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin. Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür”, - deyə  millət vəkili əlavə edib. 

Millət vəkili Hadı Rəcəbli bundan əvvəl də ictimaiyyətdə birmənalı qarşılanmayacaq açıqlamalarla çıxış etmişdi. 

ANS PRESS

BAKU.WS

Son xəbərlər