DƏHŞƏT! 30 yaşlı iki uşaq anası: Uşaqlarımla birgə intihar edəcəm - VİDEO,FOTO

DƏHŞƏT! 30 yaşlı iki uşaq anası: Uşaqlarımla birgə intihar edəcəm - VİDEO,FOTO
Video
Sosial 2650
Azərbaycanda artıq ənənəyə çevrilmiş qadın zorakılığı cəmiyyətimizin əsas problemlərindən biri olaraq qalır. BAKU.WS olaraq problemi diqqətdə saxlamaq məqsədilə "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına gəldik.Bugünkü gəlişimizin səbəbkarı 30 yaşlı Günaydır. Onun vəziyyəti sığınacaqdakı digər qadınlardan daha acınacaqlıdır. Bədbəxt qadın buraya iki azyaşlı uşağı ilə birlikdə sığınıb. Onu evindən didərgin salan isə narkotik aludəçisi olan ərinin işgəncələridir. Aldığı xəsarətlər Günayın sağlamlığında ciddi və qalıcı problemlər yaradıb. Belə ki, sığınacağa yerləşdikdən sonra həkim müayinəsindən keçib və ərinin başından vurduğu zərbələr üzündən sol gözünün kor olmaq təhlükəsilə üz-üzə olduğu məlum olub.
Mütəmadi olaraq əri tərəfindən fiziki, mənəvi və psixoloji təzyiqlərə məruz qalan Günay geri qayıtmaq fikrindən deyil. Artıq 1 aydır sığınacaqda yaşayan qadın əri ilə barışmaq istəmir. Əgər buna məcbur qalarsa, özünü öldürəcəyini deyir. Ən dəhşətlisi isə budur ki, bədbəxt ananın intihar planında uşaqları da var. O, iki azyaşlı balası ilə birlikdə özünü öldürəcəyini bəyan etdi:"Buraya gəlib yalvarır, barışmaq istəyir. Amma mənim daha döyülməyə gücüm qalmayıb. Ondan qurtulmaq üçün dünyanın o başına da gedərəm. Alınsa, işləyib uşaqlarımı böyüdəcəm. İşdən qorxan deyiləm, lap süpürgəçilik edərəm. Yox, əgər ona geri dönməli olsam, uşaqlarımla birlikdə intihar edəcəm. Həyatımdan çıxsın. Binəqədi rayonu Polis İdarəsinə şikayət etmişəm. Cəzalandırılmasını istəyirəm. Xahiş edirəm onu məndən uzalqşdırsınlar. Dəfələrlə sığınacağa gəlib hamını narahat edir. Qapını döyüb qışqırır ki, arvadımı-uşaqlarımı verin. Mən getmək istəmirəm. Çünki onun yanına qayıtmağa qorxuram, bilirəm ki, yenə də döyəcək. Sağ olsun Mehriban xanım, ona dedi ki, Günay özü istəməyənədək sənin yanına qayıtmayacaq. Yenə də deyirəm, məndən və uşaqlarımdan əl çəkməsə özümü öldürəcəm. Uşaqlarımım qorxu, stress içində böyüməsini istəmirəm. Dəfələrlə barışığa gəlib. Hamıya yalan deyir. Biz Sığınacağa yerləşdikdən sonra 102 xidmətinə zəng vurub bizi axtarışa verib. Yalandan deyib ki, arvadımı xəstəxanaya qoymuşam, oradan qaçıb. Polislər gəlib tapdılar və bildirdilər ki, ərin səni itkin olduğunu məlumat verib. Əslində isə hadisə belə olub; uşaq xəstələndi, gecəylə təcili yardım bizi Qarayev adına xəstəxanaya apardı. Uşaqlarını görməsi üçün mən ora çağırdım. Gəldi, qapıdan gördü, getdi. Sonra isə polisə yalan məlumat verib".
Hazırda aktual mövzulardan biri də seks turizmidir ki, son illər ölkəmizdə geniş inkişaf edib. Şəhərin mərkəzi "Torqovıy" deyilən ərazidə qadınların özlərini turistlərə təklif etməsinin və sövdələşmələrinin şahidi oluruq. Ötən ildən bəri bu mənzərəni əks etdurən videolar sosial şəbəkələrdə yayılmaqdadır. Problemin mövcudluğunu heç kim inkar edə bilməz. Bu və ya digər problemlərlə bağlı suallarımızı "Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalovaya ünvanladıq:- Sığınacağa pənah gətirmiş qadınların ailəyə qayıdışı zamanı təhlükəsizliyə kim qarantiya verir? - "Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova sığınacağa pənah gətirmiş qadınların ailəyə qayıdışı arzuolunandır, amma bu məsələdə çox ciddi və peşəkar qiymətləndirilmə olmalıdır. Bəzi hallarda biz sevinirik ki, kiminsə ailəyə qayıdışını təmin etdik. Amma mahiyyətcə biz onu yeni təhlükəyə ata bilərik. Bundan əvvəl qadınlardan birinin əri gəlib sevgisini etiraf etdi, yalvardı və üzərinə düşən məsuliyyəti hiss etdiyini, həyat yoldaşını bir daha incitməyəcəyinə söz verdi. Qadın öz xoşu ilə ailəsinə geri döndü. Üstündən 1 gecə keçməmiş bıçaq zərbəsilə qaçıb canını qurtara bilmişdi. Yəni, bu məsələlərdə kifayət qədər qiymətləndirmə bacarığı olmalıdır. Bu qiymətləndirmədə iştirak edən psixoloq, sosial işçi təhlükənin dərəcədə real olduğunu görməlidir. Düzdür, o hadisədə biz etiraz etmişdik, ancaq qadın bizi dinləməmişdi. Çox şükür, mənim təcrübəmdə ölüm hadisəsi olmayıb.- Ölkəmizdə turizm inkişaf edir, bununla yanaşı seks xidmətlər üçün Azərbaycana təşrif buyuran əcnəbilərin də sayı artmaqdadır. - Seks turizm dedikdə əsasən qadınların bu məqsədlə başqa ölkələrə getməsi nəzərdə tutulur. Bir də var ki, kişinin seks turizmi, hansıki qadınlar onun xidmətlərindən istifadə edirlər. Bir də var ki, qadınlar seks məqsədilə başqa ölkələrə gedirlər. Bəli, elə turizm şirkətləri var ki, qadınları məhz bu məqsədlə hansısa ölkələrə aparırlar. Azərbaycandan Dubaya, Türkiyəyə bu məqsədlə gedən qadınlar var. - Deyərdim ki, artıq Dubaya, Türkiyəyə güetməyə ehtiyac qalmayıb... - Gələn turistlərin hamısının seks turizm məqsədlə gəldiyini təsdiqləmək mümkün deyil. Bəli, bu hal var. Ola bilsin hansısa şəxs fərdi şəkildə bu məqsədlə ölkəmizə səfər edir. Biz bilirik ki, Ərəb ölkələrinin kişiləri bu münasibətlərdə çox aktivdirlər.Zulfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər