Hansı qadınlar daha çox işgəncələrə məruz qalır?
"Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalırlar".
BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsi"nin açılış mərasimində deyib.
H.Hüseynova bildirib ki, belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər.
Komitə sədri əlavə edib ki, hazırda bütün yerli icra hakimiyyətlərində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb: "Təəssüf ki, görülən işlərə baxmayaraq, hələ də zorakılıq faktlarına rast gəlirik. Xüsusilə hərbi münaqişələrdə ilk zorakılığa məruz qalan qadın və uşaqlar olur. Yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Məhz buna görə də zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiya edilməsi vacibdir".
H.Hüseynova qeyd edib ki, dövlətin əsas prioritetlərindən biri qadınların öz hüququnu bilməsi, onların fəallığını artırmaqdır. Lakin bəzi hallarda qadınların məlumatsızlığı bir çox çətinliklər yaradır.
Komitə sədrinin sözlərinə görə, bütün dünyada, eləcə də Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlayır. Onun fikrincə, erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün hələ çox işlər görülməlidir.
BAKU.WS
Oxşar xəbərlər
Qızını zəncirləyən ata ilə bağlı tükürpədən faktlar ORTAYA ÇIXDI - VİDEO
İmişli rayonu Cavadxanlı kəndində atanın qızını zəncirləməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi apardığı araşdırmanın nəticəsini açı...