Azərbaycanda kişi keçmiş həyat yoldaşını ölümcül şəkildə döydü (FOTO)
06
sen
2017
14:35
Azərbaycanda kişi keçmiş həyat yoldaşını ölümcül şəkildə döyüb. BAKU.WS-in məlumatına görə, 6 il evli olan Nigar Fərəcullayev və Tural Məmmədov yola getmədikləri üçün boşanıb. Tural daha sonra başqa bir xanımla Avstraliyada ailə həyatı qurub. Ancaq Tural həmin xanımla da yola gedə bilməyib və boşanıb. Elə o gündən Nigar üçün çətin günlər başlayıb. Tural Nigarla yenidən bir ailə olmaq istədiyini bildirib və rədd cavabı alıb. Ancaq istəyindən dönməyən Tural keçmiş arvadına hədə-qorxu gəlməyə başlayıb. Nigar isə ötən ilin dekabrında Avstraliyadan Bakıya qayıdıb. İyun ayında isə Tural Bakıda Nigarı yenidən tapıb və həmin gün onlar arasında görüş olub. Bu görüşdə Tural öz istəklərini bir daha bildirib və qarşı tərəfin mənfi cavabını alıb. Bundan sonra Tural keçmiş həyat yoldaşını ölümcül şəkildə döyüb. Bu hadisədən sonra Nigar hüquq-mühafizə orqanlarına müraciət edib və keçmiş həyat yoldaşı barədə şikayət edib. Nəsimi Rayon Məhkəməsi Tural Məmmədovun Cinayət Məcəlləsinin 128-ci "Qəsdən sağlamlığa yüngül zərər vurma" maddəsi ilə məhkum edilməsinə dair qərar qəbul edib. ŞahinBAKU.WS
Oxşar xəbərlər
Bakıda nişanlısı ilə mübahisə edən gənc toyuna 11 gün qalmış intihar etdi
Bakıda nişanlısı ilə mübahisə edən gənc oğlan özünü asıb.BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.Belə ki, Ramana qəsəbəsi...