DJ Tural ilk dəfə həyat yoldaşı ilə efirə çıxdı - VİDEO

DJ Tural ilk dəfə həyat yoldaşı ilə efirə çıxdı - VİDEO
Video
Sosial 4840

ARB TV-nin "Gəlin danışaq" proqramının növbəti qonaqları tanınmış DJ Tural Yusifov və onun həyat yoldaşı, bloger Səma Abıyeva olub.

Proqrama həyat yoldaşı ilə qatılan tanınmış DJ maraqlı açıqlamaları ilə diqqət çəkib.

Belə ki, aparıcının "Bu qədər tamaşaçı tərəfindən rəğbət, sevgi qazandınız. Sizə inanırlar. Bunu necə əldə etdiniz?" sualına Tural səmimi cavab verib:

"Dünyada bütün uğurlar işsizlikdən yaranır. Siz işsiz qalırsınız və bu zaman beyniniz işləməyə başlayır. Belə bir kitab var. Nə üçün bəzi xalqlar ağıllıdırlar, digərləri isə daha məzlumdurlar. İnsan sağlam həyat tərzi yaşadıqda, ac qalanda, işsiz qalanda, beyin o yöndən işləyir və düşünür ki, nəsə tapacam. 2010-cu il martın 21-də və 2010-cu ilin aprelində mən artıq qərar vermişəm ki, belə bir layihə edəcəm. Çünki bazarda da bu sahədən boşluq idi. Heç kim bu barədə düşünmürdü. Sadəcə apreldə başlamaq düzgün deyildi. Artıq mövsüm bitirdi. Ona görə yeni sezonu gözlədik. Mən də bu müddət ərzində dizimi qatlayıb oturdum və çoxlu mütaliələr etdim. Kim nə danışır, necə danışır, nədən danışır və b. Rəqiblərə baxdım və gördüm ki, bunu etmirlər. Kiminsə etmədiyni edəndə tutuzdurursan".Sadəcə zarafat olub”.

BAKU.WS

Son xəbərlər