Rəqqasə Fatimənin birinci toyundan görüntülər (VİDEO)
Rəqqasə Fatimə Fətəliyeva şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.
BAKU.WS məlumat verir ki, rəqqasə "ATV maqazin onlarla” verilişində ilk həyat yoldaşı, qızı Aydanın atasından danışıb:
"Həyatımda bir sevgi yarandı, böyük bir məhəbbət yarandı - mənim Aydanımın atası. Düzdür o vaxtlar ailələr qızlarını tez ərə verirdilər, 15-16 yaşından. Amma bizim ailəmizdə elə bir fikir yox idi. Yəni anam, atam düşünmürdü mən artıq ailə qurmalıyam. Ailəm mənə çox bağlı idi. Sadəcə mənim ərkəsöyünlüyüm, sözə baxmamağım mənə həyatda çox problemlər yaratdı. Həyat yoldaşımla sevib ailə qurduq. Onu o qədər çox sevirdim ki, düşünürdüm ancaq onunla ailə qurmalıyam. Olmasaydı intihar haqqında belə düşünmüşdüm. Ailəm gördü ki, məni ona verməsələr, intihar edəcəm, ona görə razılaşdılar. İndi çox peşmanam".
BAKU.WS
Oxşar xəbərlər
Mətanət Əsədova: "Ana ola bilərəm" (VİDEO)
Tanınmış müğənni Mətanət Əsədova ana ola bilməməsi ilə bağlı gəzən şayiələrə aydınlıq gətirib. BAKU.WS məlumat verir ki, müğənni "ATV maqazin onlarla” verili...